
Bakıda müğənni Arzu Şabanov vəfat edib.
Məlumata görə, o, bağırsaq nahiyəsində aparılan cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.
Hadisənin detalları və ölüm səbəbi ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Qeyd edək ki, A.Şabanovun vəfatı sənət ictimaiyyəti və yaxınları tərəfindən kədər hissi ilə qarşılanıb.





