
Abşeron rayonunda qəbiristanlıq ərazisində tapılan iki yaşlı uşağın valideynləri müəyyən edilib.
Qanuntv.az xəbər verir ki, hadisə Fatimeyi Zəhra məscidinin yaxınlığında yerləşən Goradil qəbiristanlığında qeydə alınıb. Azyaşlının valideynləri artıq polis əməkdaşları tərəfindən müəyyənləşdirilib.
Məlumata görə, hazırda aidiyyəti dövlət qurumları ilə birgə hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.
Hadisə ilə bağlı Kəmalə Ağazadə bildirib ki, uşağın anası onu rəsmi qaydada tərk edib və fakt üzrə cinayət işi açılıb.
Qeyd edək ki, azyaşlı ötən gün qəbiristanlıq ərazisində tapılmışdı və məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.





