
Paytaxtın Suraxanı rayonunda minik avtomobilində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bundan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin оператив müdaxiləsi nəticəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı avtomobilin yanar konstruksiyaları yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.





