
İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu təşkil olunacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.
Məlumata görə, dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının nümayəndələrinin iştirakı ilə xüsusi sessiya keçiriləcək. Sessiya zamanı iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra sənədlərin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Enerji Həftəsi enerji sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından regionun ən mühüm tədbirlərindən biri hesab olunur.
Qanuntv.az





