
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində mikroavtobusda olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.





