
İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Qanuntv.az xəbər verir ki, ali qonağın qarşılanması Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutub. Aeroportda Azərbaycan və Türkmənistanın Dövlət bayraqları dalğalandırılıb, Prezident Sərdar Berdiməhəmmədovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.





