
Kanadanın Monreal şəhərində yerləşən Monreal-Pyer Elliott Trüdo Beynəlxalq Hava Limanında sərnişin təyyarəsinin uçuş-enmə zolağından kənara çıxması ilə nəticələnən insident baş verib. Hadisə iyulun 9-da qeydə alınıb.
Məlumata görə, Los-Ancelesdən Monreala uçuş həyata keçirən "Air Canada" aviaşirkətinə məxsus təyyarə enişdən sonra hərəkət zamanı zolaqdan çıxaraq otlu əraziyə daxil olub. Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
İnsidentdən sonra hava limanında bəzi reyslərdə gecikmələr müşahidə olunub. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Qeyd olunur ki, təyyarənin enişi normal şəkildə həyata keçirilib və insident enişdən sonra baş verib. Hazırda texniki nasazlıq və digər ehtimal olunan səbəblər araşdırılır.







