
Kəlbəcər rayonunda mina hadisəsi qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun otlaq ərazilərindən birində baş verib. Məlumata görə, ərazidə ardıcıl olaraq iki mina partlayışı baş verib.
Partlayış nəticəsində bir neçə iribuynuzlu heyvan tələf olub. İlkin məlumata əsasən, hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.
Faktla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumatı təsdiqləyib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Mütəxəssislər vətəndaşları tanımadıqları və təhlükəli hesab edilən ərazilərə daxil olmamağa, mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarına ciddi əməl etməyə çağırırlar.





