
Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri N. Əsgərov və onun həyat yoldaşı K. Əsgərova hadisə yerində həyatlarını itiriblər.
Qəza zamanı avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qanuntv.az olaraq, mərhumların yaxınlarına dərin hüznlə başsağlığı veririk.





