
Beynəlxalq Muğam Mərkəzinin quruluşçu rejissoru İlqar Əkbərov 53 yaşında vəfat edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İlqar Əkbərov uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyət göstərib. O, 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi tərtibatçısı kimi çalışıb.
İlqar Əkbərov 2021-ci ildən etibarən Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərərək həyata keçirilən çoxsaylı mədəni layihələrin və tədbirlərin təşkilində yaxından iştirak edib.
Qanuntv.az kollektivi İlqar Əkbərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.





