Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada görüşəcəklər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.
O, bildirib ki, görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə baş tutacaq.
Qeyd edək ki, hər iki ölkə lideri iyunun 1-də Avropa siyasi ictimaiyyətinin ikinci sammiti çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli formatda görüşəcəklər. Daha bir beştərəfli görüşün oktyabrda Qranadada keçirilməsi planlaşdırılır.
Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda keçiriləcək.