Bu gün Moskva Domodedovo hava limanından Antalyaya yola düşəcək təyyarənin son oturacağı 650 min 859 rubla, təxminən 11 min dollara satıldığı bildirilib.
Rusiya prezidenti Vladimir Putinin elan etdiyi və ötən gün prezident fərmanı ilə dərc edilən “qismən hərbi səfərbərlik” elanına görə, Rusiyaya 300 minə yaxın ehtiyatda olan əsgərin çağırılacağı qeyd edilib. Qərardan sonra Rusiyadan uçuşa açıq şəhərlərə böyük tələbat yaranıb. Rusiya vətəndaşlarının turizmdə ən çox seçdikləri şəhər olan Antalya da xaricdə ən çox məskunlaşmış həyata üstünlük verdikləri şəhərlərdən biridir.Çərşənbə günündən etibarən Moskva və Rusiyanın digər şəhərlərindən Antalyaya olan reyslərə biletlər sürətlə tükənib. Çərşənbə günü başlayan bilet qiymətlərindəki artım ciddi ölçülərə çatıb.