
İstanbulun Florya sahillərində, Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən Azərbaycan bayraqlı “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
ASCO-dan Bakues.az-a verilən məlumata görə, hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Vəziyyət nəzarət altındadır və hələlik heç bir təhlükəsizlik problemi qeydə alınmayıb.





