
Tarif Şurasının qərarına əsasən, elektrik enerjisi və təbii qaz üzrə aylıq sabit tariflər müəyyən edilib.
Elektrik enerjisi:
Əhali və 1 fazlı təchizatdan istifadə edən qeyri-əhali istehlakçıları – ayda 1 manat
3 fazlı təchizatdan istifadə edən qeyri-əhali istehlakçıları – ayda 3 manat
Təbii qaz:
Əhali və məişət qaz qurğuları olan qeyri-əhali istehlakçıları – ayda 1 manat
Sənaye qaz qurğuları olan qeyri-əhali istehlakçıları – ayda 3 manat
Qərar ölkə üzrə bütün müvafiq istehlakçılar üçün qüvvəyə minir.





