
Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişiklik səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanuna əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı, işçinin hansı iş ili üçün məzuniyyət götürməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən ediləcək.
Layihəyə görə, qismən ödənişli sosial məzuniyyət və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövründə işlənilməyən aylar, işçinin təqsiri olmadan boşdayanma səbəblərindən yaranan tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq.




