
Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə gübrə və buğda daşınması həyata keçiriləcək.
Qanuntv.az xəbər verir ki, yük qatarı ilə Ermənistana iki vaqon gübrə və iki vaqon buğda tədarük olunacaq.
Məlumata görə, qatar saat 14:00-da Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından yola düşəcək. Qatar Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstan ərazisinə daxil olacaq, daha sonra isə Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan ərazisi regionda mühüm tranzit marşrutlarından biri hesab olunur və beynəlxalq yükdaşımaların həyata keçirilməsində strateji rol oynayır.





