
İsmayıllı rayonunda minik avtomobilinin yanması ilə nəticələnən hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Rəfael Nəsirova məxsus "Mercedes" markalı avtomobil küçədə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.





