• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident “Bakı KOB evi”nin açılışında [xfvalue_red]

6 Ock, 23 - 14:20

Prezident “Bakı KOB evi”nin açılışında


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Diqqətə çatdırıldı ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.

KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır.

Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident 5 saylı DOST Mərkəzinin açılışında - FOTOLAR (YENİLƏNİB)
backend
İlham Əliyev "Xocəsən" stansiyasının açılışında - FOTOLAR (YENİLƏNİB)
backend
Prezidentlə xanımı hotel açılışına qatıldı
backend
İlham Əliyev Zəngilanda ilk yaşayış binasının təməlini qoyub
backend
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 306

XƏBƏR LENTİ

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5127 Ekm
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4027 Ekm
İlham Əliyev: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3927 Ekm
İlham Əliyev: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3527 Ekm
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2327 Ekm
“Barselona”nın futbolçusu Viki Lopes ilin ən yaxşı gənc qadın futbolçusu seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0227 Ekm
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Nəsimi Bağları” kompleksində olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5827 Ekm
35 yaşlı qadının başına elektrik dirəyi aşdı: Həyatını xilas etmək mümkün olmadı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5427 Ekm
Azərbaycan millisi U-15 dünya çempionatında Haiti yığmasına uduzub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3427 Ekm
Məktəblərdə hər şagird üçün illik təhsil xərcləri müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2427 Ekm
Ceyhun Bayramov: Ermənistan cəmiyyəti sülhün hər iki xalq üçün vacib olduğunu anlamalıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4126 Ekm
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2726 Ekm
İlham Əliyev Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2226 Ekm
Azərbaycan və Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1626 Ekm
Ermənistan sərhədi keçən Azərbaycan vətəndaşını Bakıya təhvil verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0626 Ekm
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5526 Ekm
15 yaşlı Nuray Həsənzadə Şimali Kiprdə dünya çempionu oldu – Azərbaycan bayrağını zirvəyə yüksəltdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4126 Ekm
Ülviyyə xanım – mənəvi dəyərlərin təbliği, əxlaqi kamillik və insanlıq prinsiplərinə sədaqət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3426 Ekm
Bakıda restoran qətlinə görə 11 nəfər həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2626 Ekm
Ramin Hüseynov – Şəmkirdə şahmatın inkişafına və gənc nəslin intellektual yüksəlişinə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0626 Ekm
İran Bandar-Əbbas üzərində ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5525 Ekm
Bakıda “Turandot” operası yenidən səhnəyə qoyulur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4625 Ekm
Əməkdar artist Xalidə Gözəl vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:3525 Ekm
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı 9 nəfər saxlanılıb – YENİ DETALLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2925 Ekm
Eldəniz Əzizli beşqat dünya çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2425 Ekm
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2325 Ekm
İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1725 Ekm
Misli Premyer Liqasında IX tura bu gün yekun vurulacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1525 Ekm
Tovuzda bıçaqlanma hadisəsi: bir nəfər ölüb, digəri yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2825 Ekm
İlham Əliyev və Canni İnfantino FIFA U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1025 Ekm
Qusarda qadın mübahisə zamanı ərinin qolunu kəsib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4524 Ekm
Xəzərdə qayıq qəzasında itkin düşən ikinci balıqçının meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2624 Ekm
Abşeronda 30 yaşlı kişi hamamda elektrik cərəyanı vurması nəticəsində ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1224 Ekm
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı 9 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0624 Ekm
Dilarə Əliyevaya ARB televiziyasında yeni vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5824 Ekm
Göygöldə usta təmir etdiyi evdə ölü tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0724 Ekm
Beyləqanda ingilis dili müəllimi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5424 Ekm
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3824 Ekm
Salyanda ağır qəza: bir nəfər ölüb, üç nəfər yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2824 Ekm
Azərbaycanda nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2224 Ekm
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3023 Ekm
FIFA: Azərbaycan U-15 Dünya Çempionatı və Festivalına hazırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2123 Ekm
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1123 Ekm
Ermənistanlı ekspertlər sərhəd insidentlərinin araşdırılmasını tələb edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0023 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə