Türkiyənin Mersin bölgəsində hərbçiləri daşıyan avtobus TIR-a çırpılıb.
Qanuntv.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tarsus rayonunda baç verən ağır qəza nəticəsində 3 nəfər ölüb, ikisi ağır olmaqla 20 nəfər yaralanıb.
Qəzadan sonra avtobus yanıb.
Qəzada həyatını itirən 3 nəfərin cəsədi şəxsiyyətinin müəyyən edilməsi üçün Adana Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.