
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, jurnalist barəsində çıxarılmış 4 il 2 aylıq həbs hökmündən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə instansiyası apellyasiyanı təmin edərək Fateh Altaylının azadlığa buraxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Fateh Altaylı Türkiyə prezidentini təhdid etmək ittihamı ilə bu ilin iyun ayında həbs olunmuşdu. Apellyasiya məhkəməsinin qərarından sonra jurnalist barəsində həbs qətimkan tədbiri ləğv edilib.





