Makron Rusiyanı Moskvada saxlanılan Fransa vətəndaşını azad etməyə çağıraraq ona qarşı olan ittihamları təbliğat elementləri adlandırıb.
Fransa prezidenti Emmanuel Makron Rusiya hakimiyyətini Moskvada saxlanılan fransız Loran Vinatyeni azad etməyə çağırıb.
“Biz Rusiyanı bu işin bütün elementlərini aydınlaşdırmağa və onu mümkün qədər tez azad etməyə çağırırıq”, – deyə Makron Yelisey sarayındakı mətbuat konfransında deyib.
Qeyd edək ki, saxlanılan Fransa vətəndaşı Vinatie İsveçrə QHT Humanitar Dialoq Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Məhkəmə onun haqqında avqustun 5-dək həbs qətimkan tədbiri seçib.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə ittiham olunur. Bu maddə üzrə maksimum həbs müddəti beş ilə qədərdir