Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri dəyərləndirib.
Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi heç vaxt gərginlikdə maraqlı tərəf olmayıb.
“Xüsusən də indi. Bilirsiniz ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq və infrastruktur layihələri həyata keçirir. Məcburi köçkünlərimiz öz torpaqlarına geri dönürlər. Sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda Ermənistan tərəfinin təxribata əl atması bu ölkənin normallaşma prosesinə zərər vurmaq niyyətlərindən xəbər verir”, - deyə XİN-in mətbuat katibi vurğulayıb.