Bu ilin 9 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,6% artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 mlrd. 77,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 mlrd. 285,8 mln. manat olub.
M.Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir.