
III MDB Oyunlarında bürünc medal qazanan gənc boksçu Əli Ruşanov həyatını itirib.
Məlumata görə, 16 yaşlı idmançı məşqçi olan atasının yetirmələrinin yarışını izləmək məqsədilə paytaxta gəlib. Təəssüf ki, o, Bakıda olarkən dünyasını dəyişib.
Gənc idmançının ölümü idman ictimaiyyətində dərin kədər doğurub.
Faktla bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.





