
Azərbaycanın Baş naziri Əli Əsədov məzuniyyətə çıxıb.
Məlumata görə, Baş nazirin məzuniyyəti qısamüddətlidir və onun yaxın günlərdə yenidən vəzifəsinin icrasına qayıdacağı gözlənilir.
Nazirlər Kabinetinin Mətbuat xidməti məsələni təsdiqləyərək bildirib ki, məzuniyyət uzunmüddətli deyil və Əli Əsədov tezliklə iş başında olacaq.





