
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Almaniyanın Münxen şəhərində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüş keçirib.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Söhbət zamanı tərəflər Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Neçirvan Bərzaninin Azərbaycana əvvəlki səfərləri və keçirilən görüşlər məmnunluqla xatırlanıb.
Görüşdə iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Qeyd edək ki, bu görüş tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





