
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 10 radələrində şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakini İbrahim Şükürlünün idarə etdiyi BMW markalı avtomobil piyadalar – 28 yaşlı Türkan Nəsirova və onun iki yaşlı oğlunu vurub.
Qəza nəticəsində xəsarət alan ana və övladı dərhal xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.





