
ABŞ-də yaşayan, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral yeni vəzifəyə təyin olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Nəimi Amiral ABŞ-ın Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Nəimi Amiralın bu yüksək vəzifəyə təyinatı həm onun peşəkar fəaliyyətinin, həm də beynəlxalq hərbi sahədə qazandığı təcrübənin göstəricisi kimi qiymətləndirilir.





