
Bakının Yasamal rayonunda baş verən partlayış zamanı həyatını itirən gənc qızın bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etdiyi məlum olub.
Qanuntv.az xəbər verir ki, əldə olunan məlumata əsasən, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahanda 500-dən yuxarı bal toplayıb.
Bildirilib ki, o, yaxın günlərdə ixtisas seçimi etməyə hazırlaşırmış.
Xatırladaq ki, iyulun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində Zəhra İsrafilova həyatını itirib, ailəsinin üç üzvü isə dağıntılar altından sağ çıxarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.





