
Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində bir nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Kiyevin bir neçə rayonunda dağıntılar və yanğınlar qeydə alınıb. Zərbələr yaşayış və qeyri-yaşayış binalarına, avtomobillərə, eləcə də yataqxana binasına ciddi ziyan vurub.
Hazırda hadisə yerlərində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri axtarış-xilasetmə və nəticələrin aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsi fonunda son aylarda hər iki tərəfin qarşılıqlı hava hücumları intensivləşib. Mülki infrastrukturun hədəfə alınması nəticəsində insan tələfatı və dağıntılar davam edir.








