Azərbaycan və Ermənistan bir dövlətin tərkibində olublar, onların çoxlu əlaqələri var və bunu nəzərə almamaq mümkün deyil, hamı Cənubi Qafqazda sülhün olmasında maraqlıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin KTMT ölkələrinin liderlərinin sammitində çıxışı zamanı bildirib.
"Bu, hamıya aydındır: həm Azərbaycan, həm də Ermənistan - hamımız yaxın keçmişdə bir dövlətin tərkibində olmuşuq, bizim həm İrəvan, həm də Bakı ilə böyük əlaqələrimiz var və bu, asan deyil. Bunu nəzərə almamaq sadəcə mümkün deyil", - deyə federasiya lideri deyib.
Putin ölkələr arasında kifayət qədər mürəkkəb vəziyyətə diqqət çəkib və Rusiyanın həmin ərazilərdə sülhün olmasında maraqlı olduğunu qeyd edib: "Biz şübhəsiz ki, Cənubi Qafqazda sakit və sabit inkişaf edən regionun olmasında maraqlıyıq".
O, bildirib ki, Rusiya həmişə regionda sabitliyə diqqət yetirir və təhlükəsizlik məsələlərində Ermənistanı dəstəkləyir.
Onun sözlərinə görə, sülhə aparan yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatlarının bütün müddəalarına ciddi əməl olunmasıdır.