Biznesmen Oleq Tinkovun “Instagram” hesabından Rusiya vətəndaşlığından imtinası ilə bağlı paylaşımı müəmmalı şəkildə yoxa çıxıb.
Bu barədə iş adamının özü bildirib.
O, həmçinin Rusiya bankından “Tinkoff” brendinin çıxarılması prosesinə başladığını xəbər verib.
Xatırladaq ki, O.Tinkov dünən özünün “Instagram” hesabından Rusiya vətəndaşlığından imtina etdiyini xəbər verib və paylaşımına hökumətin onun vətəndaşlıqdan imtina ərizəsini təmin etdiyi barədə sənədin fotosunu əlavə edib.
Özünü Rusiya qəhrəmanı adlandıran biznesmen həmçinin bundan sonra Rusiyanın indiki hakimiyyət orqanları və həmvətənləri ilə əlaqə qurmaq istəmədiyini, həmçinin digər sahibkarların da ondan nümunə götürəcəklərinə ümid etdiyini bildirib.
Paylaşımdan sonra Tinkov tənqid atəşinə tutulub. Belə ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin biznesmeni “çürük” adlandırıb, Federasiya Şurasında isə “Tinkoff Bank”ın adının dəyişdirilməsi təklif edilib.
Mənbə: Biznes Online