İstanbulun İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən suriyalı Əhləm əl-Bəşirin qaldığı evdə axtarış aparılıb.
Qanuntv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK üzvü olan əl-Bəşirin evində aparılan axtarış zamanı 3 min 800 ABŞ dolları, 5 min avro, 10 min lirə və xeyli sayda qızıl-zinət əşyaları aşkar olunub.
İstintaq zamanı həm də məlum olub ki, Əhləm əl-Bəşir İstanbula bir nəfərlə gəlib. Həmin şəxs suriyalı qadına 1 kiloqram partlayıcı verərək İstiqlal küçəsinə göndərib.
Onun Türkiyənin hər yerində axtarışları davam edir.