• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər - TƏHLİL [xfvalue_red]

24 Kas, 22 - 17:10

Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər - TƏHLİL


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin Nikol Paşinyanın timsalında Ermənistan üçün fiasko ilə nəticələndiyini demək üçün əlahiddə bir istedada və analitik qabiliyyətə malik olmaq lazım deyil.

Baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistana yardımla bağlı sənədini imzalamaqdan imtina etməklə elə sammitdəki məğlubiyyətinin məzmununu ortaya qoydu.

Paşinyanın imtina qərarı KTMT-nin Ermənistan-Azərbaycan sərhəd münaqişəsində öz üzvünün qeydinə qalmadığının və onun maraqlarına əhəmiyyət vermədiyinin əyani sübutuna çevrilir.

Ermənistan KTMT Nizamnaməsinin 4-cü maddəsinin aktivləşdirilməsinə həm də ona görə nail ola bilmədi ki, bu təşkilatın daxilində İrəvana qəzəbli baxışlar tuşlanıb.

Çünki Paşinyan KTMT-nin müşahidəçilik missiyasını müharibədən qaçmaqdan ötrü yatırıcı mexanizm kimi deyil, yeni eskalasiya yaratmaq məqsədləri üçün istifadə etməyə çalışır.

Hərçənd ki, KTMT-nin öz üzvləri olan Tacikistan və Qırğızıstan sərhəd münaqişəsindən əziyyət çəkirlər, yəni təşkilat öz daxilindəki problemləri belə, yoluna qoymaq iqtidarında deyil.

İkinci bir məsələ - Rusiya Ukraynada müharibə apardığından o, Azərbaycan-Ermənistan sərhədinə paritet əsaslarla qoşun göndərməkdən yayınır və Kremlin mövqeyinə Belarusun, Qazaxıstanın yanaşması da təsir edir.

Üçüncüsü, Paşinyan KTMT-nin kollegial maraqlarını Qərbin xeyrinə tapdalamaq niyyətlərini dəfələrlə nümayiş etdirib və bu da təşkilatın qeyri-rəsmi ağası Rusiyanın mərhələli qəzəblərini Ermənistana qarşı qalaqlanıb möhkəmlənmiş oxa çevirib.

Ancaq bu o demək deyil ki, Rusiya KTMT-ni postsovet məkanında öz təsir dairəsini qorumaq vasitəsi kimi görmür. Lakin Azərbaycana münasibətdə göstərilən mövqenin dərin strateji kökləri var.

Rusiya Azərbaycanla isti münasibətlərini daha da qızdırmaq istəyir, lakin gizli şəkildə özünün ambisiyalarını da yeritməyə çalışır. Onun qarşısındakı maneələrdən biri Türkiyədir, çünki Moskva Ankaranın Bakı üçün strateji təhlükəsizlik zəmanəti olduğunu dərk etdiyindən Ermənistanı dəstəkləyib, onu Azərbaycana qarşı yönləndirməkdən çəkinir. Çünki Moskva Ankara ilə olan sıx əməkdaşlığına tıxac vuraraq onu Paşinyanın maraqlarına xidmət edən vasitəyə çevirməyin faydasızlığını anlayır.

O da nəzərə alınmalıdır ki, Rusiya başqa mövzularda da KTMT daxilində konsensusa nail olmayıb və bu nail olmama təşkilat daxilində ənənəvi təcrübəyə çevrilib. Ukraynadakı müharibədə də Rusiya KTMT güclərinin resursundan yararlana bilmir.

KTMT yalnız 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar başlayanda bu ölkəyə qoşun göndərilməsinə nail oldu, hərçənd ki, bunun özünün də KTMT Nizamnaməsi ilə ziddiyyət təşkil edən məqamları az deyildi.

Ermənistan sammit ərəfəsində bir sıra qazanc da əldə etmək ümidinə qapılmışdı və bunu Rusiyanın əli ilə gerçəkləşdirirdi.

Söhbət, əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində Moskvanın təxribat xarakterli planlarından gedir, hərçənd ki, Moskva bunu İrəvanın xoşbəxtliyi üçün deyil, sırf öz təsir dairəsinin zəifləməməsi üçün edirdi.

İndinin özündə də Kreml Qarabağdakı erməni kartı ilə oynamaq prinsipindən əl çəkməyib, sadəcə, Bakı ilə danışıqlar və Türkiyə ilə xoşməramlı münasibətlər nəticəsində sərt motivlərini yumşaldıb.

Paşinyan sənədi imzalamamaqla Ermənistanın suverenliyinin əldən çıxması prosesindəki məsuliyyətini ört-basdır etmək üçün yaxasını kənara çəkdi. Çünki onsuz da, KTMT-nin qoşun göndərmək fikrində olmadığını bilirdi.

Bu, Paşinyanın Azərbaycanın sərhəddəki gələcək hərbi əməliyyatlarına boyun bükərək “razılıq verməsidir” və indi Bakı-Ankara-Moskva üçlüsü mümkün razılaşma mərhələsindədir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında da Azərbaycanın antiterror əməliyyatları üçün şərait yetişir.

Çünki Azərbaycan həmin zonada oyuncaq bir təsisat üçün “nazir təyinatları”nı diqqətlə izləyir, müasir hərbi texnikaların daşınması trafikini müşahidə edir və bunun qarşısını almaq üçün ən effektiv vasitə hərbi güc tətbiqidir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi
backend
KTMT-nin növbəti iclasının vaxtı açıqlandı
backend
"Əliyevlə otur və qərar ver, bu gün qərar verməsən…” - Lukaşenko Paşinyana səsləndi
backend
KTMT liderləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
backend
KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində getdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 699

XƏBƏR LENTİ

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində geniş yoxlama keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
04:0511 Nis
Abşeronda palçıq vulkanı püskürdü – 6 dəqiqə davam etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:5911 Nis
Prezident MİDA əməkdaşlarını “Tərəqqi” medalı ilə təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5010 Nis
“Kəpəz”in futbolçusu Məqsəd İsayev əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4010 Nis
İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmə öhdəliyi qanunvericilikdə konkretləşdirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2910 Nis
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1310 Nis
Şabranda oğurluq kabusu: kənd sakinləri qorxu içindədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0010 Nis
SOCAR və “Özbəkneftqaz” arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5810 Nis
Nərmin Muradovanın Rəhbərliyi ilə Biləsuvar Peşə Liseyində Təhsil Mühitində Keyfiyyət Dəyişikliyi və İnkişaf Yönümlü İdarəetmə Diqqət Çəkir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1910 Nis
Sertifikasiyadan yayınan müəllimlər MİQ imtahanına girə bilərmi? – Ekspert açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4110 Nis
Qubada aptekə silahlı basqın edən 65 yaşlı şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3710 Nis
Əlillik arayışının verilməsi qaydası dəyişir – yeni sistem tətbiq olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0210 Nis
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü – təhlükəsizlik əməkdaşlığı müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:009 Nis
AFFA İntizam Komitəsinin iclası keçirilib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:579 Nis
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:139 Nis
“Yeni Klinika”da xəstənin ölümü: həkim Sevinc Məmmədova məhkum edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:289 Nis
Zelenski: Mən Trampa fikirlərimi olduğu kimi çatdıran nadir şəxslərdən biriyəm [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:019 Nis
Prezident İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:539 Nis
Xəzərdə son iki gündə beşinci zəlzələ qeydə alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:399 Nis
Livanda İsrail hücumları səbəbindən ümummilli matəm elan edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:329 Nis
Bayramov və Sibiqa arasında telefon danışığı: əməkdaşlıq məsələləri müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:189 Nis
Qərbi Azərbaycan İcmasında kadr dəyişikliyi – Aparat rəhbəri vəzifədən ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:079 Nis
İlham Əliyev və Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:398 Nis
Leyla Abdullayeva – Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya Şöbəsinin müdrü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:528 Nis
Xəzərdə güclü zəlzələ: cənub rayonlarında hiss olundu – FHN-dən açıqlama [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:218 Nis
Samuxda ağır yol qəzası: xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:558 Nis
ABŞ–İran atəşkəsi Livana şamil edilmir – ziddiyyətli açıqlamalar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:468 Nis
Səudiyyə Ərəbistanı – Bəhreyn magistralında hərəkət dayandırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:378 Nis
Ağdaban faciəsi – 33 ilin ağrısı və tarixi həqiqətlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:038 Nis
Nazirlər Kabinetində mühüm iclas: neft-qaz sektorunun inkişafı müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:448 Nis
Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsinin Əsasnaməsinə dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:368 Nis
Yerin təki haqqında qanuna dəyişiklik edildi – yeni qaydalar təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:268 Nis
İlham Əliyev hərbçilərin təltif edilməsi ilə bağlı Sərəncam imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:478 Nis
Azərbaycan–Türkiyə münasibətləri daha da möhkəmlənir: İlham Əliyev Muhsin Şentürkü qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:388 Nis
Hüseyn Bağırov Vergi ödəyicilərinin uçota nəzarət baş idarəsinə rəhbərlik edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:487 Nis
Sel Ziyanı: AAYDA yolların təmizlənməsi və bərpası işlərini gücləndirilmiş rejimdə davam etdirir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:337 Nis
ABŞ Prezidenti Donald Tramp: “İrana qarşı daha ciddi hərbi əməliyyatlar planlaşdırmıram” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:167 Nis
İlham Əliyev‑in Gürcüstana dövlət səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:107 Nis
İlham Əliyev-in şərəfinə Tbilisidə lanz keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:587 Nis
Mehriban Əliyeva-nın şərəfinə Tbilisidə lanç keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:487 Nis
İlham Əliyev və İrakli Kobaxidze Tbilisidə mətbuata birgə bəyanatlarla çıxış ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:337 Nis
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:537 Nis
Qida borusunda yemək qalan qadın həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:357 Nis
Tbilisidə İlham Əliyev və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:277 Nis
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə