
Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı geniş müzakirə olunub. Xüsusilə neft emalı, neft-kimya sahəsində strateji məqsədlər, gələcək inkişaf perspektivləri, eləcə də uzunmüddətli dövrdə ölkədaxili tələbatın dayanıqlı şəkildə təmin edilməsi məsələləri diqqət mərkəzində olub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib.
İclasda həmçinin Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri, eləcə də dəvət olunmuş şəxslər – Holdinqin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunub, İdarə Heyətinə, SOCAR-a və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.





