
Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dərinliyi 12 km olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb.
Xatırladaq ki, bu son iki gündə Xəzərdə baş verən beşinci zəlzələdir. Onlardan ən güclüsü yerli vaxtla aprelin 8-i saat 13:05-də qeydə alınmışdı.





