
Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə ərazisini Fars körfəzində yerləşən bir neçə ada vasitəsilə Bəhreynlə birləşdirən magistral yolda hərəkəti dayandırıb.
Qanuntv.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Kral Fəhd körpüsü" nəqliyyat kompleksinin administrasiyası məlumat yayıb.
Bəyanatda bildirilir ki, hərəkətin dayandırılması ehtiyat tədbiri məqsədilə həyata keçirilib. Qərarın nə qədər müddət davam edəcəyi barədə əlavə məlumat verilməyib.
Yol istifadəçilərinə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.





