
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın sabiq Prezidenti Donald Tramp ilə münasibətlərində öz düşüncələrini olduğu kimi çatdıran nadir şəxslərdən biridir.
Qanuntv.az xəbər verir ki, Zelenski bu açıqlamanı son müsahibələrindən birində verib və Trampla dialoqunda dürüst və açıq olmaq prinsiplərini əsas götürdüyünü qeyd edib.
Prezident vurğulayıb ki, hər iki lider arasındakı ünsiyyət şəffaflıq və birbaşa fikir mübadiləsi üzərində qurulub.





