Türkiyə-İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
"Bizim "Pəncə-Kilid" əməliyyatında müəyyən mərhələyə gəlinib. Zap bölgəsi böyük ölçüdə terrorçulardan təmizlənib. İllərdir orada olan terrorçuların mağaralarına girmişik. Yuvaları, mağaraları, sığınacaqları dağıdılıb. İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib. Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib.Terrorçuların istifadə etdiyi 600-ə yaxın mağara, sığınacaq, 2 mindən çox mina və əldəqayırma partlayıcılar məhv edilib. Əsgərlərimiz əməliyyatda terrorçulara məxsus 1174 silah və 533 min 275 sursat ələ keçirib", - deyə nazir bildirib.
Akar onu da qeyd edib ki, Türkiyənin hədəfi terrora son qoymaqdır.
"TRT Haber"