Xarici işlər Nazirliyi Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücumla bağlı açıqlama verib.
XİN-dən Oxu.Az-a bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub:
“Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir”.
“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.