İraqın cənubunda yerləşən Nəcəf şəhərində Olimpiya Stadionunun yaxınlığında partlayış baş verib.
Qanuntv.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salam-a məxsus silah və sursat anbarında qeydə alınıb.
Partlayış nəticəsində 7 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb.
Bildirilib ki, partlayışa Nəcəf şəhərində həddən artıq istilər səbəb olub.