Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti ilə görüş barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Putinə Münhendə digər xarici tərəfdaşlarla görüşləri barədə də danışıb .
Telefon danışığı zamanı Paşinyan və Putin, həmçinin Rusiya , Ermənistan və Azərbaycan liderləri arasında regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dair üçtərəfli sazişlər toplusunun praktiki icrasını və Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti müzakirə ediblər.