• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycanda Müstəqillik Günüdür [xfvalue_red]

28 May, 23 - 10:31

Azərbaycanda Müstəqillik Günüdür


Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

105 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
backend
"İrəvanın Ermənistana verilməsi xəyanət və cinayət idi" - İlham Əliyev
backend
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
backend
Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi
backend
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 519

XƏBƏR LENTİ

Şamaxıda fərdi yaşayış evində partlayış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:422 Ock
Meksikanın Gerrero ştatında 6,5 bal gücündə zəlzələ olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:012 Ock
Krasnodar diyarında fövqəladə vəziyyət elan edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:572 Ock
Krasnodar diyarında fövqəladə vəziyyət elan edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:572 Ock
Hikmət Hacıyev: ABŞ-ın məhdudiyyətləri Ermənistanla sülhə ziddir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:392 Ock
Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirəsi anılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:162 Ock
Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:012 Ock
Türkiyənin ən uzun çayı dondu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:122 Ock
Qabon millisində fövqəladə qərar: Heyət işdən çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:242 Ock
Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:332 Ock
“Xüsusi icra məmurları haqqında” qanun qüvvəyə minib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:241 Ock
Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:461 Ock
İsveçrədə xizək kurortunda partlayış: 40 ölü, 100-dən çox yaralı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:231 Ock
Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:211 Ock
Qeyri-formal məşğulluqla çalışan şəxslər icbari tibbi sığorta üzrə sığortalı sayılacaqlar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:131 Ock
Mehriban Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:531 Ock
Bakıda və Abşeron yarımadasında yağıntı intensivləşə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:311 Ock
Bakıda qəza zamanı məhəccər azyaşlının üzərinə aşıb – uşaq xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:321 Ock
1 yanvar 2026-cı ildən qüvvəyə minən əsas dəyişikliklər – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:251 Ock
Azərbaycanda 2026-cı il üzrə pensiya yaşı açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:251 Ock
Sumqayıtda taxta sexində yanğın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:1831 Ara
Şuşada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il coşqu ilə qeyd olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0631 Ara
Türkiyədə qar uçqununa düşən 3 nəfərdən 1‑inin cəsədi tapılıb — YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1031 Ara
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3131 Ara
Azərbaycanla Misir arasında Bakı–Qahirə birbaşa aviareysi gündəmdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0631 Ara
Azərbaycan Prezidenti İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4231 Ara
Kriştiano Ronaldo 2025-ci ili 41 qolla başa vurdu, het-trik etmədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3931 Ara
Türkiyə və Ermənistan arasında viza rejimi yumşaldılır: sərhəddə hazırlıqlar sürətlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3431 Ara
Lerikdə mikroavtobus dərəyə aşıb – 6 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4731 Ara
“QanunTV.az kollektivi tərəfindən Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3131 Ara
Tarif Şurası elektrik və təbii qaz üzrə sabit aylıq ödənişləri açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1030 Ara
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0030 Ara
Hərbi xidmət müddəti 6 ay azaldılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2630 Ara
“Kəlbəcər” tankerinin həyəcan siqnalı verməsinə aydınlıq gətirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0830 Ara
Azərbaycan və Türkiyəyə məxsus tankerlər Mərmərə dənizində toqquşub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5930 Ara
❗️Bir sıra inzibati və cinayət cəzaları sərtləşdirilir – YENİ QƏRARLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4830 Ara
Kəlbəcərdə 32 ildən sonra ilk Yeni il tədbiri: sosial bərpanın və mədəni dirçəlişin göstəricisi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Ara
Ekspert: Azərbaycanda bələdiyyələrin gücləndirilməsi idarəetmədə səmərəliliyi artırar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4330 Ara
Nəriman Axundzadə “Ümid yeri” uşaq sığınacağını ziyarət etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3630 Ara
Türkiyənin tanınmış idman jurnalisti Fateh Altaylı azadlığa buraxılıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:1730 Ara
Nizami Yusifli Elm və Təhsil Nazirliyində müşavir təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0529 Ara
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq sənədi təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0129 Ara
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0629 Ara
Prezident və ailəsi "Bakı Ağ Şəhər"də səfərdə olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5829 Ara
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə