Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.
General-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.
Digər general-leytenant rütbəsi alan Müzəffər Pirizadə isə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.
Ali Baş Komandan tərəfindən general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir.