Rusiyanın Rostov vilayətində müharibə əleyhinə çıxan 51 yaşlı taksi sürücüsü güllələnib.
Qanuntv.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, Rusiya ordusunun 33 yaşlı kapitanı tərəfindən vurulub.
Taksi sürücüsü azərbaycanlı olub və uzun illər əvvəl Rostov vilayətinə köçüb. Mərhumun güllə yaraları olan meyiti küçədə tapılıb. Onun makarov tipli silahdan 4 güllə yarası aldığı məlum olub.
Faktla bağlı araşdırma başlanılıb və sözügedən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.