• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İlham Əliyev və Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən bayram tədbirində iştirak ediblər [xfvalue_red]

26 Ağu, 23 - 15:18

İlham Əliyev və Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən bayram tədbirində iştirak ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın şəhəri günü” bayram tədbirində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Əziz laçınlılar, əziz dostlar.

İlk növbədə, laçınlıları şəhər günü münasibətilə ürəkdən təbrik edirəm. İlk dəfədir ki, Laçında şəhər günü keçirilir, böyük təntənə ilə, böyük coşqu ilə keçirilir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunub, şəhər günləri təsis edilib. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilib.

İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başladı. O vaxtdan bu günə qədər 1 000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.

Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdu.

Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıblar, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? “Xeyr” dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.

İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər, demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.

Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən üç ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi səkkiz ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək, biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.

Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşmı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın şəhəri günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.
Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.

Ona görə Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş verib. Bu gün Laçın şəhəri, görün, necə də gözəldir, cəmi səkkiz-doqquz ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəliblər, xarici ölkələri təmsil edən diplomatlar gəliblər. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır.

Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, şəhər günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.

Bir daha sizi təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Sonra konsert proqramı olub.

14:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Laçında bayram konserti - Video
backend
Prezident 23 aprel tarixindən danışdı
backend
Prezident Laçında çıxış etdi
backend
İlham Əliyev xanımı ilə bayram şənliyində
backend
Prezident Zəfər Günü münasibətilə Şuşada tədbirdə iştirak etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 131

XƏBƏR LENTİ

Azərbaycanın Xalq artisti vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:369 Eyl
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yeni görüş keçirilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:329 Eyl
Leyla Əliyevanın ideya müəllifi olduğu “Ana təbiət” sərgisi Madriddə açıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:289 Eyl
“Baku Medical Plaza”ya kök hüceyrə transplantasiyası səlahiyyəti verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:129 Eyl
“Qızıl top”–2026-nın bütün namizədləri bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:589 Eyl
Şiştəpənin etimad qazanan siması – Vüqar müəllim [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:569 Eyl
Nərmanlıda idarəçilik mədəniyyətinin nümunəsi – Ruslan müəllimin fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:529 Eyl
Mehirli kəndində məsuliyyətli idarəçilik – Hakim müəllim nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:479 Eyl
Çaykəndin idarəçilik portreti: Mayıl Abdullayevin timsalında məsuliyyət və insan amili [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:409 Eyl
Əliyev İlqar – məsuliyyətli idarəçilik və vətəndaşa xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:349 Eyl
Azərbaycanda qızlar oxu savadlılığında oğlanları 36 balla qabaqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:568 Eyl
PISA 2025-də Azərbaycandan 7 432 şagird iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:478 Eyl
Bakıda uşaqlar üçün “Yenidən məktəbə” festivalı keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:448 Eyl
Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bərpası təklif edilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:418 Eyl
İki kollecə yeni direktor müavinləri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:388 Eyl
Qorxma, mən səninləyəm” filminin rejissoru vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:208 Eyl
Tovuzda zəncirvari qəza: 20 yaşlı sürücü öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:188 Eyl
Vətən müharibəsi şəhidinin anası vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:168 Eyl
Keçmiş arvadının 32 min manatlıq avtomobilini yandırdı – 3 il 8 ay həbs [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:018 Eyl
Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:088 Eyl
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:137 Eyl
Bakı-Qazax yolunda qəza: Sürücünün sükan arxasında yuxulaması ehtimal edilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:097 Eyl
Putindən “Sibirin gücü 2” ilə bağlı qərar – Çində gizli mesaj ehtimalı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:037 Eyl
Ağstafada 25 yaşlı gənc bıçaqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:587 Eyl
Trampdan gözlənilməz paylaşım: “Ay bizimdir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:547 Eyl
Dünyada şəkər bahalaşır: Azərbaycanda qiymətlərə təsir edəcəkmi? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:497 Eyl
Qurban Qurbanov Mateuş Koxalskinin gələcəyi ilə bağlı danışdı: “Hələ ki, rəsmi gediş yoxdur” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:277 Eyl
Elşən Mehtiyev – Ağlavaşlı bələdiyyəsində ictimai məsuliyyət və xidmət anlayışı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:557 Eyl
Aqşin Fərəcli – Ağlavaşlı kəndində nümunəvi idarəçilik və vətəndaş məmnunluğuna xidmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:537 Eyl
Hacı Səfərov – yerli idarəçilikdə məsuliyyət, peşəkarlıq və ictimai etimad nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:507 Eyl
Lavrovdan Almaniyaya sərt ittiham: “Yenə müharibə istəyirlər” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:226 Eyl
“Xankəndi” klubunda yeni məşqçi təyinatı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:236 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:326 Eyl
Artezian quyusu qazan kişi faciəli şəkildə ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:206 Eyl
İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:156 Eyl
FHN-dən əhaliyə xəbərdarlıq: Güclü külək və sel təhlükəsi var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:046 Eyl
Ağdamda traktor minaya düşdü – sürücü xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:596 Eyl
Yəməndə qanlı toqquşmalar: 60-dan çox insan həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:516 Eyl
Türkiyəli məşhur aktyor evində ölü tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:446 Eyl
Girnə sahillərində batan gəmidə ölənlərin sayı 13-ə çatdı – 15 nəfər itkin düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:086 Eyl
Zelenski: Rusiya Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasını vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:575 Eyl
İstanbulda İqlim Maliyyəsi Sammiti keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:505 Eyl
“Sabah”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:455 Eyl
ABŞ BMT-də xəritə qətnaməsinin əleyhinə səs verən yeganə ölkə oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:425 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə