Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Gülnarə Elyasova (1967), Vüsalə Elyasova (1979), Səyalı Mustafayeva (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.