• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Azərbaycanın qarşısına keçmək ağılsızlıqdır” - Revanş arzusunda olan İrəvan kimlərə arxalanır? - ŞƏRH [xfvalue_red]

3 Ara, 22 - 21:42

“Azərbaycanın qarşısına keçmək ağılsızlıqdır” - Revanş arzusunda olan İrəvan kimlərə arxalanır? - ŞƏRH


Azərbaycan Ermənistanın hərbi büdcəsini kəskin artırmasını, silah alışı ilə bağlı son addımlarını diqqətlə izləyir. Ermənistanın sülh danışıqlarından qaçması, Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi onun gələcək planlarının məzmununu açır.

Hərb meydanında acı məğlubiyyətə düçar olmuş dövlətin yenidən baş qaldırmaq üçün vurnuxmaması üçün diktə edən tərəf ona bir neçə istiqamətdən əlavə zərbələr endirməlidir.

Məsələ ilə bağlı “Kaspi” qəzetində şərh yayımlanıb.

Strateji ağlı və praqmatik yanaşması olan məğlub ölkə keçmişdən süzülüb gələn mifik obrazlardan və iddialardan əl çəkməli və özünü gələcəyə kökləməlidir.

Təəssüflər olsun ki, Azərbaycanı özünün əbədi düşmən kimi xarakterizə edən Ermənistan üçün bu fikirləri söyləmək çətindir, çünki rəsmi İrəvan tarixin müxtəlif mərhələlərində ermənilərin yaratdığı əsatirlərin əlində əsir-yesirdir.

Ermənistan dərs çıxarmır

Azərbaycana 44 günlük müharibədə biabırçı şəkildə uduzan, postmünaqişə dövrünün tənzimlənmə mərhələlərində istər sərhəd zonasında, istərsə də diplomatik arenalarda ardıcıl və sistemli məğlubiyyətlərdən nəsibini alan Ermənistan olanlardan dərs çıxarmır.

Bunun əvəzinə Azərbaycan və Türkiyənin yaratdığı qorxu səbəbi ilə mürgüləyən ərazi iddiaları sevdasını oyatmaq üçün nəzəri ideyaları əməli müstəviyə daşıyır.

Düzdür, canlarına qorxu elə hopub ki, bu isterika Yer kürəsinin məhv olma anına qədər onların xarakterində qalacaq, lakin yenə də nələrəsə ümid edib Qarabağ müharibəsinin nəticələrini dəyişməyə çalışırlar.

Ermənistanın hakimiyyət zümrələrində elə dairələr var ki, onlar Azərbaycanın qarşısına keçməyin ağılsızlıq olduğunu dərk edirlər, lakin bu, böyük ideoloji sunaminin içərisində itib-batan bir neçə damla səviyyəsindən o tərəfə keçməyib.

Hərbi xərclərdəki məkr

Ona görə də, Ermənistan 2023-cü il üçün dövlət büdcəsində hərbi xərcləri artıraraq onu 1,3 milyard dollar həddinə qaldırmağı planlaşdırır ki, bu da 2018-ci illə müqayisədə iki dəfə çoxdur.

Ermənistanın Azərbaycanla sülh danışıqlarından qaçması, revanşist hissləri qidalandıran Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi fonunda müdafiə xərclərinin həcmini genişlətməsi onun gələcək planlarının məzmununu açır.

Ermənistan sürətlə öz taktiki və strateji itkilərini, iqtisadi bataqlıqdakı çırpıntılarını aradan qaldırmaqdan ötrü İranın zərbə dronlarına əşhədü ehtiyac duyur.

Azərbaycan növbəti münaqişəyə həssas olan Cənubi Qafqaz regionundakı qlobal çəkişmələri, Ermənistanın bundan istifadə edib Bakıya qarşı qisasçılıq hissinə düşməsini nəzərə aldığından İrəvanın silah bazarlarına olan marağının ülvi amallara xidmət etmədiyini başa düşür.

Azərbaycan nə edir?

Azərbaycan həm siyasi, həm diplomatik, həm də kəşfiyyat imkanları vasitəsilə Ermənistana silah trafikini izləməlidir və nəticənin İrəvanın bədnam maraqlarına uyğun olmamasına çalışmalıdır.

Hərçənd ki, Azərbaycan ordu arsenalı, canlı qüvvə, yüksək dəqiqlikli silahlar, kəşfiyyat və pilotsuz zərbə aparatları, elit bölmələr sayəsində Ermənistandan qat-qat üstündür. Yəni İrəvanın Azərbaycana strateji təhlükə yarada biləcək həddə qədər silahlanması üçün illər lazımdır, amma Bakı ehtiyatı əldən vermir və situativ də olsa başağrısı ilə üzləşmək istəmir.

Çünki İrəvan Azərbaycan-Türkiyə ittifaqına qarşı Hindistan-Ermənistan-İran triosunun birliyinə nail olmaq üçün dəridən-qabıqdan çıxır, lakin bu nə hipotetik, nə də praktiki olaraq perspektiv potensiala malikdir.

Ən azından nəzərə alınmalıdır ki, Azərbaycanla Türkiyənin yaratdığı hab, Bakının Rusiya ilə isti münasibətləri, Qərbdəki Britaniya kimi “gizli müttəfiqi”, ABŞ kimi tərəfdaşı, Çinlə artan temp üzrə əməkdaşlığı Ermənistana siyasi sərmayə yatırmaq istəyənlərə bir xəbərdarlıq nişanəsidir.

Bu nişanın tələblərinə məhəl qoymamaq Ermənistana arxa-dayaq olmaq istəyənlərin İrəvanın revanşı üçün xərclədiyi pulları havaya sovurması deməkdir. Bu baxımdan düşünmək olar ki, Azərbaycanın sülh istəməyən qonşusuna dəstəyin də bir limiti olacaq.

Azərbaycan həm Rusiya mərkəzli, həm də Avropa İttifaqının nüvəsində dayandığı danışıqlar masasını dağıtmaq istəyən Ermənistana öz öhdəliklərini xatırlatmaq üçün tələblərinin qeyri-müəyyən müddətə təxirə salınmadığını göstərməlidir.

Azərbaycan hələ ki strateji təmkinini qoruyub saxlayır və Ermənistana nəfəs vermək istəyənlərin girmək istədiyi yolun təhlükəli olduğunu diplomatik məzmunla çatdırır.

Yeni Dehlidə Azərbaycan və Hindistan xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr Bakının siyasi-diplomatik yollara hələ də üstünlük verdiyinin göstəricisidir.

Hindistan “Zəngəzur”da olmaq istəyir

Hindistanın mövqeyində köklü dəyişiklik gözləmək əbəs olsa da, onun müəyyən mərhələlərdə Ermənistana arxa çevirməsi mümkündür, çünki strateji maraqları bunu tələb edir.

Qazandığı güclə dünya nəhəngindən birinə çevrilən Hindistan da iqtisadi üfüqlərdə gələcək üçün işıq saçan layihələri cəlbedici görür. Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu ilə yanaşı, Hindistanın pay sahibi olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat koridoruna inteqrasiya edilə bilər ki, bu da Yeni Dehlinin aqressiyalarına son qoyar.

Ermənistan Azərbaycanın başlatdığı sülh və təhlükəsizlik prosesinin önünə tıxac vurmaq niyyətlərindən əl çəkməlidir, heç olmasa diqqətdə saxlamalıdır ki, Zəngəzur dəhlizi layihəsi qlobal tədarük zəncirlərində yeni həlqə olacaq və bütün güclər burada öz maraqlarını təmin etməyə çalışacaq.

Buna müxtəlif üsullarla maneə yaradan, gah İrana, gah Fransaya, gah da başqa tərəflərə sürüşən Ermənistan unutmamalıdır ki, Azərbaycanın sərhədlərə dair, sülh və təhlükəsizlik modelinə aid strateji baxışları eyni zamanda qlobal missiyaya xidmət edir. Ona görə də, Ermənistan hazırkı tempi saxlasa, Azərbaycan hərbi güc tətbiq etməli olacaq.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Paşinyanın KTMT-dəki fiaskosu: Ermənistanın başına sərhəddən od ələnə bilər - TƏHLİL
backend
Tehranın Əliyevə qarşı qısqanclığı – TƏHLİL
backend
İlham Əliyevin Gürcüstan səfərinin məqsədləri - “Kaspi”nin ŞƏRHİ
backend
Sülhlə bağlı danışıqlar nə yerdədir? - Ceyhun Bayramovdan açıqlama
backend
İrəvanı qorxudan böyük sülh sazişi: Zəngəzur yolu açılır? - GƏLİŞMƏ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 524

XƏBƏR LENTİ

Putin üzr istəyir, Bastrıkin işi ört-basdır edir – deputatdan sərt mövqe [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:366 Ock
Rusiya AZAL-a məxsus təyyarənin qəzasi ilə bağlı istintaqı başa çatdırdı – Cinayət işi dayandırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:306 Ock
Qazaxda fərdi yaşayış evində partlayış baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:306 Ock
Sumqayıtda etibarlı Stomatologia Xan ünvanı – peşəkarlıq, vicdan və sosial məsuliyyət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:086 Ock
Zelenski “İstəklilər Koalisiyası”nın sammitində iştirak etmək üçün Parisdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:596 Ock
Bir aylıq əsgərin ölümünə görə həkim məsuliyyətə cəlb olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:206 Ock
ABŞ-nin müdafiə naziri Rusiyanı ələ saldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:516 Ock
Ədliyyə Nazirliyində yeni təyinat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:326 Ock
“İmprotex Industries” MMC 2,2 milyon manatlıq vergi borcunu ödəyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:096 Ock
Prezident: “Biz dilimizi qorumalıyıq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:466 Ock
Maduro məhkəmədə özünü “Venesuela prezidenti” adlandırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:426 Ock
Prezident: Elmi inkişaf üçün islahatlar qaçılmazdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:156 Ock
Prezident İlham Əliyev: “Biz güclü olmalıyıq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:115 Ock
Prezident: Ermənistan Naxçıvan və Azərbaycan üzərindən regional dəmir yolu bağlantıları əldə edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:515 Ock
Leyla Əliyeva Oman Sultanlığında rəsmi səfərdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:255 Ock
Sumqayıtda peşəkar stomatoloji xidmət – Həkim Yaşar Verdiyev [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:595 Ock
Rusiya Sumı vilayətində yaşayış məntəqəsini ələ keçirdiyini iddia edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:515 Ock
Xaçmazda itkin düşən şəxs qəsdən öldürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:295 Ock
Səbaildə faciə: "Baku City Karting"də yeniyetmə ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:185 Ock
Cəlilabadda icra nümayəndəsinin müavini evində ölü tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:515 Ock
Marneulidə bazarda atışma – ata və oğlu yaralandı, gənc ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:465 Ock
Çindən Azərbaycana ilk Orta Dəhliz yük qatarı yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:265 Ock
Trampdan Kolumbiya ilə bağlı qalmaqallı açıqlama: “Bu ölkəni xəstə bir adam idarə edir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:195 Ock
Tramp daha 3 ölkəyə hücuma hazırlaşır – Çin necə cavab verəcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:015 Ock
Tramp Rodriqesə xəbərdarlıq etdi: “Lazımınca davranmasa, ağır cəza olacaq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:335 Ock
Sumqayıtda iki azyaşlı dəm qazından zəhərləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:175 Ock
Nikolas Maduro yanvarın 5-də hakim qarşısına çıxacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:494 Ock
ABŞ administrasiyası Venesuelaya nəzarəti Marko Rubioya həvalə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:404 Ock
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ölkə prezidenti Nikolas Maduronun oğurlanması zamanı onun mühafizə xidmətinin xeyli hissəsinin öldürüldüyünü bildirib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:084 Ock
Marneulidə bazarda atışma – Azərbaycanlı ata və oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:054 Ock
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:104 Ock
Hikmət Hacıyevin sözləri erməni politoloqu isterikaya saldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:374 Ock
Sumqayıtda altı avtomobil zəncirvari qəzaya düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:044 Ock
Venesuelada küçələrdə sevincli görüntülər yayılıb – rəsmi bayram elan edilməyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:314 Ock
Maduronun olduğu ehtimal edilən təyyarə Nyu-York ştatına enib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:384 Ock
Venesuelada prezident səlahiyyətləri müvəqqəti olaraq vitse-prezidentə həvalə edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:314 Ock
Tramp Venesuelaya əməliyyatı izləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:534 Ock
BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:233 Ock
“Qarabağ”ın qış toplanışında keçirəcəyi yoxlama oyunları bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:083 Ock
“Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması Qaydalarında dəyişiklik edilib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:403 Ock
Astarada toya gedən mikroavtobus aşıb: ölənlər və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:343 Ock
Azərbaycanda Ramazan ayı başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:093 Ock
Prezident və ailə üzvləri Şahdağda xizək sürüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:513 Ock
Rusiyanın Zabaykalye əyalətində 3 azərbaycanlının Rusiya vətəndaşlığı ləğv edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:253 Ock
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə