
Karakas, 4 yanvar 2026 — Venesuelanın müdafiə naziri General Vladimir Padrino López ölkə Prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən tutulması əməliyyatı zamanı onun mühafizə xidmətinin xeyli hissəsinin öldürüldüyünü açıqlayıb.
Padrino López televiziya müraciətində bildirib ki, ABŞ tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Maduronun qoruyucularının çoxu həlak olub, lakin dəqiq öldürülənlərin sayı açıqlanmayıb. O, həmçinin Venezuelanın bütün silahlı qüvvələrinin səfərbər edildiyini və ölkənin suverenliyinin qorunması üçün genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayıb.
Nazir Padrino Lopezin bəyanatında bildirilir ki, mühafizəçilərin həlak olması Maduroya yönəlmiş ABŞ hərbi əməliyyatının bir hissəsi olub. Eyni zamanda, Venesuela ordusu ölkənin müxtəlif bölgələrində döyüş hazırlığını artırıb və milli müdafiənin gücləndirildiyini açıqlayıb.
Qeyd edək ki, bu hadisələr fonunda Venesuela hökuməti vəziyyəti ABŞ-ın hərbi təcavüzü kimi qiymətləndirərək, fövqəladə vəziyyət elan edib və beynəlxalq ictimaiyyəti vəziyyətə diqqət yetirməyə çağırıb.
Hazırda Maduro və həyat yoldaşı ABŞ-ın xüsusi əməliyyatı nəticəsində ələ keçirildiyi bildirilir. Beynəlxalq ictimaiyyət bu addıma qarışıq reaksiyalar verib və vəziyyət ölkədə ciddi böhran yaradıb.





