
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Heyətə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvləri Ceyson Smit, Ronni Cekson və Cimmi Panetta daxildir.
Qonaqlar Bakıda müşahidə etdikləri inkişaf proseslərinin dərin təəssürat yaratdığını bildiriblər və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üzrə əldə olunmuş nəticələri təbrik ediblər.
Prezident İlham Əliyev regional sülh və əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb, ticarət, enerji, müdafiə, təhsil, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Görüşdə həmçinin ölkələr arasında qanunverici orqanlar səviyyəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.








